Kamil Şahverdi
VII Yazı
ALLAH BU MİLLƏTƏ BİR DAHA İSTİKLAL MARŞI YAZDIRMASIN.
Mehmet Akif Ersoy.
Mehter destesi Avropada elə məşhurlaşmışdı hər dövlət öz ölkəsində belı bir orkestrin olmasını arzulaylrdı. 1720-ci ildə Polşa kralı II Avqust Türk sultanından Yeniçer hərbi orkestr musiqi alətlərinin komplektini hədiyyə allr. 1725-ci ildə Rus imperatrisası I Yekatrina İsranbuldan Türk hərbi orkestr gətizdirir.
1741-ci ildə yeniçer musiqi alətləri Avstriyada, daha sonra Prussiyada və digər Avropa ölkələrində istifadə olunmağa başlayır. "Ala Turca" bir janr kimi Avropada elə dəbə düşmüşdü ki, hər bir bəstəkar yazdığı əsərlərdə türk musiqi alətlətindən istifadə edərək mehter marşlarının səs tembr koloritini yatatmağa çalışırdı. Artıq Avropa simfonik orkestelərinin hamısında türk musiqi alətlərindən geniş istifadə olunurdu. Bu dövrdə Türk Yeniçer musiqisinin, mehter marşlarının Avropa simfonik və opera musiqisinə ciddi təsiri danılmazdır. Məşhur bəstəkarlar Haydn, Qlyuk, Motsart, Bethoven, List, Bize, Maler və digər dünya şöhrətli bəstəkarlar öz yaradıcılıqlarında türk musiqi ənənələrinə istinad edərək ondan geniş istifadə etmişlər.
1826-cı ildə II Mahmud dövrün tələblərinə cavab vermədiyini səbəb göstərərək Yeniçeri Ocaqlarını ləğv etdi. Yeniçeri Ocaqlarının ləğvi ilə bərabər bütün Mehterhanelər də qapadıldı. Çünki Mehterhanelər Yeniçeri Ocaqlarının tərkibində fəaliyyət göstərirdilər.
Tarixdə bu hadisə "Vaka-i Hayriye" (Xeyirli hadisə) adı ilə tanınır. 16 iyun 1826-cı ildə İstanbulda Osmanlı Padişahı II Mahmutun əmri ilə Yeniçeri Ocaqları topa tutularaq yox edilmiş və sağ qalanlar isə 16-17 iyunda edam edilmişdir.
Belə bilgilər də var ki, Mehterhanelər qapadıldıqda yüzillərlə formalaşan böyük marş külliyatı da yox edilmişdir. Bu barədə "Parlak Jurnal" saytında qeyd olunur:
"Tarix 1826-nı göstərirkən 2-ci Mahmut, əvvəlki padişahların düşünüb də yapa bilmədikləri bir şeyi bacaracaqdı. Osmanlının qərbləşməsi uğrunda və modernləşmək məqsədiylə Yeniçeri Ocaqlarını qapatmışdı. Təbii ki, bununla bərabər Ahi, Bektaşi Ocaqları və Mehteran Bölügü də eyni taleyi yaşayacaqdı. II Mahmut Mehteran Bölügünü qapatarkən oradakı marşlar və güfteler ( mətnlər, sözlər-K. Ş.) də bölüklə birlikdə kül olub uçdu. Bizim bir çoxumuzun qədim əsrlərdən qaldığını sandığımız Mehter Marşları əslində 2-ci Məşrutiyyənin elanı ilə birlikdə 1908-ci ildən sonra bəstələnmişdir. 1914-cü ildə Enver paşanın əmrləri ilə mehter marşları yenidən bəstələnməyə başlanmışdır.
Mehter bölügünün qapadılırkən bəstə və güftelərin də ortadan qaldırılmasının səbəbi, II Mahmutun modernləşmə təşəbbüsü idi. Yeniçeri ocağını qapatan bir padişah, əski ordunu xatırladan heç bir şeyi həyatla əlaqələndirmək istəməmişdir. Bu bir qədər anlaşılandır. Daha sonra Osmanlıda millətçilik əhvalının yüksəlməsiylə birlikdə bu marşlarım gücü kəşf ediləcək və Osmanlı marşları təkrardan xatırlanacakdır." ("Mehter Marşları ve Gerçek". Parlak Jurnal İnternet Dergisi. 17 avqust 2017)
Osmanlı imperatoru II Mahmut
II Mahmut mehter təşkilatı yerinə Avropa dövlətlərindəki hərbi orkestrlərinin bənzəri olan "Musika-i Hümayun" adında saray orkestri yaratdı. 1828-ci ildə bu orkestrə rəhbərlik etmək üçün İtaliyadan bəstəkar və dirijor Giuseppe Donizetti dəvət olundu. O məşhur İtaliya bəstəkarı Gaetano Donizettinin böyük qardaşı idi, Napoleonun ordusunda hərbi orkestrdə xidmət göstərmişdi. İstanbula dəvət olunan Giuseppe Donizetti (1788-1856) II Mahmutun sarayında Avropa tipli orkestr yaradaraq ömrünün sonuna qədər Osmanlı dövlətində xidmət etmişdir. Paşa titulu ilə mükafatlandırılan Giuseppe Donizettinin II Mahmutun şərəfinə bəstələdiyi "Mahmudiye Marşi" on bir il, II Mahmutun ölümündən sonra taxta çıxan oğlu Sultan Abdülmecit üçün bəstələdiyi "Mecidiye Marşı" da (1839)
22 il boyunca Osmanlı Dövlətinin marsı olarak ifa edilmişdir.
20-ci yüzilliyin əvvəllərində Osmanlıda milli oyanış zəminində mehter musiqisi gündəmə gəldi. Ənvər Paşa mehter musiqisinin türkçülüyü gücləndirəcəyi düşüncəsi ilə yenidən mehter dəstəsi yaratmaq fikrinə gəldi. Lakin dövlətdən dəstək olmadığı üçün Ənvər Paşa istəyini lazımi səviyyədı həyata krçirməyə nail ola bilmədi. Baxmayaraq ki, bir çox nüfuzlu hərbçilər və düşüncə sahibləri Ənvər Paşanın təşəbbüsünə qoşularaq bu movzunu gündəmdə saxlaya bilmişdilər. Nəhayət 1914-cü ildə İstanbuldakı Askeri Muzenin (Hərbi muzeyin) nəzdində Mehterhane-i Hakani adı ilə yeni bir Mehter dəstəsi yaradıldı. "Mehterhane-i Hakanın mehterbaşılığına Eyyubi Ali Riza Bəy (Şengel) getirildi; həftədə iki gün konsert verməyə başladı" (Erhan Tekin, Nilgün Doğrusöz. (7 yanvar 2018). "Yirminci Yüzyılda Kültürel Bellek ve Gelenegin Yeniden İhyası Bağlamında Mehterhane-i Hakani". Elektron Sosyal Bilimler Dergisi. 17 (65): 317-336.)
Batı cephesi Komutanı İsmet Paşa
Milli Mücadilə dönəmində millətin və ordunun birliyini, mənəvi yüksəlişini, mübarizə əzmini gücləndirmək və ruh yüksəkliyini təmin etmək məqsədi ilə Qərb Cəbhəsi Komandanı İsmət Paşa bir Milli Marş yazılmasının vacibliyi ilə cəmiyyətə müraciət etdi. İsmət Paşanın Milli Marş təşəbbüsü haqqında Ayşe Hür ""Devşirme" Marşlarla Milliyetçilik" yazısında qeyd edir:
"Bir gün orta məktəb müdürü otağında çalışırdım. Papağımı masanın bir kənarına qoymuşdum. Qapı açıldı. İçəri qısa boylu bir Baş Qərargah polkovniki girdi. Onu görüncə ayağa qalxdım, papağımı geyindim. "Buyurunuz" dedim. Bu adam "Mən, Qərb Cəbhəsi Baş Qərargah rəisi İsmət" dedi. Onu masamın önündəki oturacağa dəvət etdim, oturdu.
"Məni sizə Dr. Riza Nur bəy göndərdi. Orduda qərar verdik. Bir İstiklal Marşı istəyirik. Bunun sözləri və musiqisi üçün ayrı müsabiqə keçirilməlidir. Hər birini qazanana beş yüz lira verəcəyik" dedi. Əmrlərini dərhal icra edəcəyimi söylədim. O da qalxdı getdi.
Bu sətrlər 1921-ci ildə Maarif Vəkalətində orta dərəcəli təhsilə məsul olan Nami (Duru) bəyə aiddir"
(Ayşe Hür. "Devşirme" Marşlarla Milliyetçilik. wwwbianet web saytı. 26 aprel 2008)
Kazım Nami Duru vaxt itirmədən Milli Marş mövzusunda fəaliyyətə başlayır. Maarif Nazirliyi Baş Qərargah Rəisliyinin dəstəyi ilə müsabiqənin təşkilini, qalib olan şeirə musiqi bəstələmək üçün yeni bir müsabiqənin keçirilməsini öz üzərinə götürür. Milli Təhsil Naziri Dr. Riza Nurun imzası ilə sənəd hazırlanır və vilayətlərə göndərilir. Sənəddə yazılır:
"Türk dövlətinin əbədiliyini, Anadolu Milli Mücadiləsinin ruhunu, Türkün istiqlal aşkını dilə gətirəcək bir milli marş sözlərinin yarışmaya açıldığı, yarışma sonunda marşın bəstələnəcəyi, marş sözlərinin 3 ay ərzində 21 dekabr 1920-ci il tarixinə qədər Ankarada Maarif Vəkalətinə göndərilməsi, yarışmaya qatılanların ad və ünvanlarının ayrıca bağlı bir zərfə yazaraq sözləri ilə birlikdə göndərmələri, yarışma sonunda qalib olan seirə görə 500 lira mükafat veriləcəyi bildirilmişdir.
Bu çalışmaların həmən ardından Böyük Millət Məclidində marş sözlərini incələyəcək bir heyət qurulmuşdur. Söz yarışmasına toplam 724 şeir göndərilmişdir. Bu arada Dr. Riza Nur Bəy Türk-Rus danışıqlarında nümayəndə seçildiyinə görə Maarif Vəkilliyindən ayrılmış, yerinə Həmdullah Subhi Tanrıöver Maarif Vəkili olmuşdur."
(www.ataturkansiklopedisi.gov.tr/detay/697/
Daha sonra Ankarada çıxan Hakimiyyəyt-i Milliye qəzetinin 25 oktyabr 1920-ci il tarixli nömrəsində belə bir elan dərc olunur:
(ardı var)