Buxara Hava Limanı Azərbaycan Prezidentini qarşılamağa hazırlaşır – VİDEO


Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri davam edir. Dövlət başçısı ötən gün – avqustun 23-də Özbəkistanın paytaxtı Daşkənddə bir sıra mühüm görüş və tədbirlərdə iştirak edib.

Turkustan.az xəbər verir ki, bu gün isə Prezident İlham Əliyevin səfər proqramı Buxarada davam edəcək.

Buxara Hava Limanında Azərbaycan Prezidentinin qarşılanması üçün hazırlıq işləri görülür. Səfər çərçivəsində dövlət başçısının Buxarada bir sıra tədbirlərdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə bu ölkəyə dövlət səfərinə avqustun 23-də başlayıb.

Səfərin ilk günü Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin görüşü, Ali Dövlətlərarası Şuranın 3-cü iclası, sənədlərin imzalanması və bir sıra digər tədbirlər keçirilib.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ