Zelenski: "Ukrayna dərin zərbələrin sayına görə Rusiya ilə rəqabət apara bilər"


Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın uzaqmənzilli zərbələrinin intensivliyinin artması fonunda Kiyevin də uzaqmənzilli hücumlarının sayını artırmalı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Zelenski bunu Kiyevdə keçirilən “İstəklilər Koalisiyası” sammitindən sonra mətbuat konfransında deyib.

Prezident Ukraynanın uzaqmənzilli silahların istehsalını artırmaq üçün kifayət qədər potensiala malik olduğunu qeyd edib.

“Dərin zərbələrə gəldikdə, istehsalı artırmaq üçün kifayət qədər potensialımız var. Əgər istehsalı artırsıq, daha çox hücum edə və cavab verə biləcəyik”, – Zelenski bildirib.

Onun sözlərinə görə, Ukrayna hazırda 350 kilometrdən 3 min kilometrədək məsafə qət edə bilən müxtəlif tipli pilotsuz uçuş aparatlarına, o cümlədən dron-raketlərə malikdir.

Zelenski bu vasitələrdən istifadə etməklə artıq bir sıra uğurlu əməliyyatların həyata keçirildiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ