Türk xalqları fəlsəfəsinin mahiyyəti və əsas xüsusiyyətləri


Faiq Ələkbərlinin həyatı və əsərləri | TURAN+AZERBAYCAN

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

III Yazı

Əslində Türk fəlsəfəsindəki həqiqətçi, tərəqqiçi olmaq məsələsi Tanrıya, Dünyaya və İnsana münasibətdə özünü açıq şəkildə büruzə verməkdədir. Türk təlimlərinin ümumi mahiyyətində Tanrı, Dünya və İnsan bir bütün kimi götürüldüyü üçün burada qədərçilik, xəyalçılıq ya yoxdur, ya da çox zəif şəkildədir. Buna səbəb də, Türk fəlsəfəsində İnsana baxışın özünün Tanrı və Dünya gerçəkliyi ilə uzlaşdırılmasıdır.[1]

Böyük Türk filosofu Əli bəy Hüseynzadə məhz bu fəlsəfəyə əsaslanaraq yazır ki, İs­lam coğ­ra­fi­ya­sı­nın ən ağ­rı­lı ye­ri olan “İran”da hind məz­həb­lə­ri bud­dizm­lə brəh­mə­nizm zər­düşt­li­yə, xris­ti­an­lıq ma­ni­li­yə çev­ril­miş, Yu­nan və Ro­ma cüm­hu­riy­yət­çi­li­yi də ic­ma­ya əsas­la­nan İs­lam Xi­la­fət­­çi­li­yi dik­ta­tu­ra­sı­na dö­nüş­müş­dür.[2] Onun fik­rin­cə, bü­tün bun­la­ra əsas sə­bəb Hind məz­həb­lə­rin­dən qay­naq­la­nan zər­düşt­lü­yün, onun “xe­yir və şər” nə­zə­riy­yə­si­nin bu və ya di­gər for­ma­da xris­ti­an­lı­ğı, cüm­hu­riy­yət­­çi­li­yi, xi­la­fət­çi­li­yi-is­lam­çı­lı­ğı ya­vaş-ya­vaş iç­dən öz tə­si­ri al­tı­na sal­­ma­sı­ olmuşdur: “Əsa­sən, İran­dan məz­həb iq­ti­za­sı ola­raq heç bir fər­din Av­ro­pa­da və sa­ir bi­la­di-mü­tə­mə­di­nə­də təh­si­li-el­mə get­mə­yə haq­qı yox­dur. Çün­ki Zərd­­üş­tün “pak və na­pak” nə­zə­riy­yə­si bu gün mü­ba­li­ğə­yə uğ­ra­ya­raq, bu nə­zə­riy­yə­yə gö­rə bir qaç mil­yon mü­səl­man­­dan baş­qa məx­lu­qül­lah olan bir mil­yard ya­rım bə­şə­riy­yə­tin qaf­fə­si əh­li-ki­tab­da da­xil ol­du­ğu hal­da mur­dar­dır. Bak­te­ro­lo­gi­ya el­mi­nin “asep­si və an­ti­sep­si” nə­zə­riy­yə­lə­rin­dən bi­xə­bər olan İra­nın “pak və na­pak” fər­ziy­yə­si şa­ya­ni-hey­rət­dir: Bu fər­ziy­yə­yə gö­rə qırx-əl­li kə­lin, qo­tu­run, ke­çə­lin gi­rib çıx­dı­ğı ho­vu­zun su­yu pak ədd olun­du­ğu hal­da, təq­dir­xa­na­nın o mik­rob­suz, rü­sub­suz bər­raq su­la­rı na­pak və mur­dar he­sab olu­nu­yor”.[3]

Ə.Hü­seyn­za­də­nin bu­ra­da ifa­də et­di­yi əsas mə­sə­lə zər­düşt­lü­yün İs­lam di­ni, xü­su­si­lə də onun şiə məz­həb­çi­li­yi da­xi­lin­­də ye­ni bir for­ma ala­raq ya­şa­ma­ğa da­vam et­mə­si idi. Biz­cə, iran­dil­li xalq­lar zər­düşt­­lü­yün şiə­lik da­xi­lin­də bu for­ma­da “İran”da da­vam et­mə­si­nə əsa­sən qar­şı ol­ma­sa­lar da, an­caq ey­ni söz­lə­ri Türk və Ərəb xalqları i­lə bağ­lı de­mək doğ­ru ol­maz­dı. Çünki zər­düşt­lü­yün şiə­lik da­xi­lin­də bu cür tə­za­hü­rü iran­dil­li xalq­la­rın mil­li adət-ənə­nə­lə­ri­nə uy­ğun­dur, nə­in­ki ərəb­lər və türk­lə­rin dini-fəlsəfi təlim­lə­ri­nə. Bu­nu, o za­man yax­şı dərk edən Ə.Hü­seyn­za­də hər kə­sin an­la­ya­ca­ğı bir şə­kil­də ya­zır­dı: “Biz za­tən şüb­hə et­mi­yor­duq ki, bə­zi ira­ni­lər­də İs­la­ma is­­la­miy­yət nə­zə­ri­lə bax­ma­ğa is­te­dad yox­dur. Çün­ki “Ata­vizm”ə (ir­siy­­yə­ti-bəi­də) ica­ba­tı ilə əf­kar və mə­nə­viy­yat­la­rı ərə­bin, tür­kün zər­be­yi-is­lah­la­rı­na rəğ­mən für­si qə­dim mə­də­niy­yə­tin­dən xi­las ol­ma­­mış­­dır”.[4]

Ə.Hü­seyn­za­də­nin yaz­dı­ğı ki­mi, bu gün türk­lə­rin, o cüm­lə­dən Azər­bay­can türk­lə­ri­nin Yaz bay­ra­mın­da tə­bi­ət ün­sür­lə­ri (od, su, tor­paq və ha­va) ilə bağ­lı ke­çir­di­yi mə­ra­sim­­lə­rin kö­kü, mən­şə­yi də zər­düş­t­lü­yə de­­yil, tanrıçılığa, qam­lı­ğa ge­dib çı­xır.[5] Ə.Hüseynzadə Türk fəlsəfəsinin özünəməxsusluğunu İs­lam di­ni­nə ta­pın­mış Türk­ xalqlarının həm mü­səl­man alə­mi­nin mü­hüm bir is­ti­nad­ga­hı­na çev­ril­məsini, həm də öz tay­fa və mil­­liy­yət­lə­ri­ni, adət-ənənələrini qo­ru­yub-sax­­la­masını, bu zaman ərəblərdən (samilərdən) və iranlılardan (ariyanlardan) fərqliliklərində görməkdədir. Ona görə bu­na bi­rin­ci sə­bəb ərəb­lər ki­mi türk­­lə­rin də bö­yük bir mil­lət olub, ey­ni za­man­da Ərə­bis­tan­dan uzaq ya­­şa­­­ma­­la­­rı gös­tə­ril­sə də, əsas ikin­­ci sə­bəb­dir ki, türk­lə­rin di­li­nin əsa­sı­­nı Tu­ran dil ailə­si, ərəb­lə­rin di­li­ni isə Sa­mi dil ailə­si təş­kil edir.[6] Bu məsələ ilə bağlı Azər Turan yazır: “Tarixən bir dində qərar tuta bilməyən türklərin etiqad dünyasında davamlı sabitlik islamiyyətin zühurun­dan sonra baş verdi. Başqa dinlərə meyil etməyən türklər milli kimliklərini, etnik yapılarını yalnız İslam dininin vasitəsilə qoruya bildilər, digər tərəfdən də islamlaşsalar da ərəbləşmədilər. İslamı qəbul edəndən sonra milliy­yətlərini qoruya bilməyib ərəbləşən Şimali Afrika, Suriya və Mesopotomiya (Əlcəzirə) xalqlarından fərqli olaraq, türklərin öz milli varlığını qoruyub saxlaya bilməsinin tək səbəbini Ə.Hüseynzadə hər şeydən əvvəl, Türk dilinin qüdrətində görürdü. Əli bəyin qənaətinə görə, Turan və Saminin siyasi və məfkurəvi çarpışması öncə dil meydanında baş verib. Türk dilinin qaydası Sami dillərinin qaydasına o qədər zidd olub ki, Saminin qamusundan, lüğətindən götürdüyü gen-bol sözlərə rəğmən, Turanın ahəngi Saminin ahəngini həzm edə bilməyib”.[7] De­mə­li, Hü­seyn­za­də bir­mə­na­lı şə­kil­də Tu­ra­nın Ar­iyan­lar və Sa­mi­lər­lə ya­na­şı, bö­yük bir əzə­mə­tə ma­lik ol­ma­sı­nı ifa­də et­miş­dir.

Ümumiyyətlə, böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir” əsərində “Turan xalqları”, “Turan dilləri”, “Turan irqi” nəzəriyyəsini müdafiə etmiş, [8] Türk xalqlarının Arilərdən öncə Sami xalqlarıyla münasibətlərinə diqqəti çəkmişdir.[9] Samilərdən sonra türklərin daha çox münasi­bətdə olduğu isə iranlılar olmuşdur. O, “Siyasəti-Fürusət” əsərində də yazırdı ki, Mənuçöhr, Nuzər və Əfrasiyab (Astiyaq) Turan ya da Midiya padşahları olduqları halda, Kirlər, Daralar, Kambizlər isə İran hökmdarları olublar.[10]

Azərbaycan Türk mütəfəkkiri Əhməd bəy Ağa­oğ­lu “İran və in­qi­la­bı” əsə­rin­də ya­zır­dı ki, Zər­düş­tün “Zənd Aves­ta”sı is­tis­na ol­maq­la İran mə­də­niy­yə­ti əsa­sən, Türk ha­ki­miy­yət­lə­ri döv­rün­də in­ki­şaf et­miş­dir: “On­dan əv­vəl­ki dövr­lər­də İra­nın ver­miş ol­du­ğu ye­ga­nə əsər Zər­düş­tün “Zənd Aves­ta”sı ilə pəh­lə­vi li­sa­nın­da­kı, ikin­ci də­rə­cə­li di­ni ma­hiy­yət­li ya­zı­lar­dır”.[11] O, çox doğ­ru ya­zır­dı ki, biz əx­la­qi ör­nək­lə­ri­mi­zi Şi­raz­­dan, İs­fa­han­dan al­maq­dan, zər­düş­ti ənə­nə­lər­lə tər­bi­yə edil­mək­dən, ar­yan­çı­lıq­dan im­ti­na et­mə­dik­cə İs­lam Şər­qin­dən, o cüm­lə­dən Türk dün­ya­sın­dan in­ki­şaf göz­lə­mək çə­tin­dir. De­mə­li, Ə.Ağa­oğ­lu da Ə.Hü­seyn­­za­də ki­mi İs­lam Şər­qi­nin, xü­su­si­lə də onun apa­rı­cı nü­və­si olan Tür­kün ru­hu­na cid­di si­ra­yət et­miş zər­düşt­li­yi, ira­niz­mi gö­rür və on­la­rın ara­dan qal­dırl­ma­sı­nı va­cib sa­yır­dı: “Biz ör­nək­lə­ri­mi­zi Şi­raz­dan və İs­fa­han­dan alı­rız. Av­ro­pa isə əs­ki Yu­na­nıs­tan­la əs­ki Ro­ma­dan alır. Biz zər­düş­ti­­lə­rin ənə­nə­lə­riy­lə tər­bi­yə edi­li­rik. On­lar­sa əf­la­tun­la­rın, aris­to­tel­lə­rin, so­lon­la­rın ənə­nə­lə­riy­lə. Biz Fər­ri-Yəz­dan (Al­la­hın hə­şə­mə­ti­nin tim­sa­lı) və ya­rı al­lah­lar önün­də qə­na­ət, təs­lim və ri­za­ya tə­həm­mül və sus­ma­ya qəl­bi­mi­zi bağ­lar­kən, on­lar ön­lə­rin­də bö­yük bir hür­riy­yət das­ta­nı­nın haqq və əda­lət ta­ri­xi­nin, al­tın sə­hi­fə­lə­ri­ni qeyd edir­lər. Biz, Da­ra­lar ilə dü­şüb qal­xar­kən, on­lar Sok­rat­lar­dan il­ham alır­lar”.[12]

Gördüyümüz kimi, bu coğ­ra­fi­ya­da­kı Türk­ xalqları üçün üç mi­nil­lik “Ar­iyan” və zər­düş­ti­lik bə­la­sı möv­cud­dur ki, bun­dan qur­tul­maq heç də asan de­yil­dir. Türk xalqlarının xeyli bir qismi, üç mi­nil­lik ər­zin­də Ar­iyan­çı­lıq və zər­düşt­lük­dən qur­tul­maq üçün müx­tə­lif üsul­la­ra əl at­mış, yə­ni hər­bi sa­vaş­lar­dan tut­muş müx­tə­lif di­ni-fəl­sə­fi ide­ya­la­ra da mü­ra­ci­ət et­miş­dir. Biz­cə, hazırda “İran” adlanan böl­­gə­də ya­şa­yan türk­lə­rin za­man za­man mil­li di­ni-fəl­sə­fi tə­lim­lər­­i­ni (tan­rı­çı­lı­ğı, qamlığı, qorqudçuluğu və b.) sax­la­maq­la ya­na­şı İuda­iz­mə, Xris­ti­an­­lı­ğa, İs­la­ma üz tut­ma­la­rın­da zər­düşt­lik­dən uzaq dur­maq mə­sə­lə­si heç də az rol oy­na­ma­mış­dır. Ağa­oğ­lu ya­zır­dı: “Nə qə­ri­bə­dir ki, İs­lam mə­də­niy­yə­ti Ro­ma və Yu­nan­la tə­mas edər­kən və on­dan fəl­sə­fə­ni və müs­bət bi­lim­lə­rə aid bil­­gi­lə­ri alar­kən Yu­nan ədə­biy­ya­tı ilə Ro­ma hü­qu­qu­na ta­ma­mi­lə ya­ban­­çı qal­mış­dır. Yu­nan fəl­sə­fə­sin­dən və elm­lə­rin­dən il­ham ala­raq bun­ca in­cə, də­rin, əsər­lər vü­cu­da gə­ti­rən İs­lam fi­kir adam­la­rı, yu­nan əs­ki ədə­biy­ya­tı ilə Ro­ma­nın hü­quq xə­zi­nə­si­ni gör­mə­miş­lər. Hal­bu­ki haqq­­dan və hür­riy­yət­dən il­ham alan bu ədə­biy­yat­la bu hü­quq, İs­lam əsas­­la­rı­na İran ənə­nə­lə­rin­dən da­ha zi­ya­də uyar­dı və da­ha ahəng­li olar­dı. İc­mai-üm­mə­ti əsas tu­ta­raq hö­ku­mə­tin bi­na­sı­nı ləl­dən zi­ya­də is­tə­miş və hö­ku­mət yet­ki­si­ni ta­ma­mi­lə cə­miy­yə­tə əma­nət edə­rək nə­za­rə­ti də ona təs­lim et­miş olan İs­la­miy­yət Fər­ri-Yəz­dan, Al­la­hın köl­gə­si­nə bən­zər­lə­ri ki­mi Zər­düşt nə­zə­riy­yə­lə­ri­nə ta­ma­mi­lə ya­ban­çı və qar­şıy­dı. Əf­la­tun­la da­ha uy­ğun və ahəng­liy­di. Fə­qət ya­zıq ki, iş ək­si­nə ol­muş­dur. Fər­ri-Yəz­dan nə­zə­riy­yə­lə­ri is­la­miy­yə­tə qa­lib gəl­di­yi ki­mi yu­nan və Ro­ma xə­zi­nə­lə­ri­ni də İs­la­mın gö­zün­dən sax­la­mış­dır”.[13]

[1] Mallayev N. O’zbek adabiyoti tarixi. Toshkent: O’qituvchi, 1976, s.13; Kasabek A.K., Altaev J.A. Filosofiya tarixı. Almatı, 2017, s.264-265

[2] Hüseynzadə Əli bəy. Qırımızı qaranlıqlar içində yaşıl işıqlar. Bakı: Azərnəşr, 1996, s.160

[3] Yenə orada, s.161

[4] Yenə orada, s.181

[5] Hüseynzadə Əli bəy. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2007, s. 55

[6] Yenə orada, s.57

[7]Turan Azər. Əli bəy Hüseynzadə (həyatı, mübarizəsi, yaradıcılığı və şəcərəsi). Bakı, “Letterpress”, 2014, s.96-97

[8] Hüseynzadə Əli bəy. Türklər kimdir və kimlərdən ibarətdir. Bakı, Mütərcim, 1997, s. 210-238

[9] Yenə orada, s. 225

MANŞET XƏBƏRLƏRİ