Haaretz: Netanyahu İsraili Türkiyə ilə təhlükəli savaşa aparır


İsrailin “Haaretz” qəzeti Baş nazir Benyamin Netanyahunun hökumətinin Suriyanın şimalına son hücumları və Türkiyə əleyhinə ritorikası ilə ölkəni Ankara ilə “mənasız münaqişəyə” sürükləyə biləcəyini yazıb.

Turkustan.az xəbər verir ki, Qəzetin redaksiya məqaləsində İsrailin Suriyadakı son hərbi əməliyyatları və Türkiyə ilə bağlı açıqlamaları təhlil olunub.

Məqalədə qeyd edilir ki, Netanyahunun administrasiyasının Suriyanın şimalında həyata keçirdiyi hücumlar və Türkiyəyə qarşı sərt ritorikası bölgədə yeni gərginlik yarada bilər.

“Haaretz” İsrail hökumətinin hazırkı siyasətinin Ankara ilə qarşıdurma riskini artırdığını və bunun ölkə üçün arzuolunmaz regional nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ