Böyük Britaniyanın Baş naziri Endi Börnhem Rusiyaya təzyiqi davam etdirməyin və Moskvanın özünü maliyyələşdirmək imkanlarını məhdudlaşdırmağın “düzgün vaxtı” olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Börnhem ilk xarici səfərini Ukraynaya edib. O, Ukraynanın Müstəqilliyinin 35-ci ildönümü münasibətilə Kiyevdə keçirilən tədbirlərdə iştirak edib.
Kiyevdəki Müqəddəs Sofiya Katedralının qarşısında çıxış edən Börnhem Ukraynanın Rusiyaya qarşı müqavimətini Böyük Britaniyanın nasist Almaniyasına qarşı mübarizəsi ilə müqayisə edib.
Britaniya hökumətinin başçısı qış mövsümündən əvvəl Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə kömək edəcəyini bildirib.
“Rusiyanın ölkəmizə qarşı çirkin təhdidlərinə baxmayaraq, biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik”, – Börnhem deyib.
O vurğulayıb ki, hazırda Rusiyaya qarşı təzyiqi artırmaq və onun müharibəni maliyyələşdirmək imkanlarını zəiflətmək üçün uyğun zamandır.
Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta da Rusiyaya qarşı təzyiqin artırılacağını bildirib.
Aytən Yaşar/ Turkustan.az