ABŞ Ordusunun katibi Daniel Driskoll müdafiə naziri Pit Heqsetlə aylarla davam edən fikir ayrılıqlarından sonra istefa verib.
Turkustan.az xəbər verir ki, “The New York Times”a danışan hökumət rəsmilərinin sözlərinə görə, Driskoll istefa ərizəsini ABŞ Prezidenti Donald Trampa təqdim edib. Bildirilir ki, o, istefasını rəsmiləşdirmək və ABŞ Ordusunun mövcud vəziyyətini müzakirə etmək üçün Trampla şəxsən görüşüb.
Adı açıqlanmayan rəsmi bildirib ki, görüş zamanı Driskoll Heqsetin bir sıra tanınmış hərbi liderləri vəzifədən uzaqlaşdırmasından narazılığını ifadə edib.
Mənbələrin iddiasına görə, Driskoll həmçinin Heqsetin “xoşlamadığı şəxslərin rəhbərlik etdiyi” bəzi polkovniklərin vəzifədə irəliləməsinə mane olmasından narazı qalıb.
İstefanın ABŞ Müdafiə Nazirliyində son aylarda yaşanan fikir ayrılıqları fonunda baş verdiyi bildirilir.
Aytən Yaşar/ Turkustan.az