Tramp: İrana məhdud şəkildə zərbə endirə bilərik


ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı “məhdud zərbə” ehtimalını gündəmə gətirib.

Turkustan.az xəbər verir ki, Vaşinqton administrasiyasının İranla bağlı müxtəlif hərbi variantları nəzərdən keçirdiyi bildirilir. Xüsusilə Hörmüz boğazında vəziyyət və bölgədə artan gərginlik ABŞ tərəfindən yaxından izlənilir.

Tramp Ağ Evdə dərman qiymətləri ilə bağlı açıqlamasından sonra jurnalistlərin cari hadisələrlə bağlı suallarını cavablandırarkən Hörmüz boğazından hər gün orta hesabla 30 tankerin keçdiyini bildirib. O, boğazdakı vəziyyətin hazırda “çox yaxşı” olduğunu deyib.

ABŞ Prezidenti İrana qarşı hücumların yenidən başlamasının məhdud hərbi əməliyyat, yoxsa daha genişmiqyaslı müharibəyə çevrilə biləcəyi ilə bağlı sualı isə konkret cavablandırmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ