Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Turkustan.az xəbər verir ki, Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Zirvə Toplantısında iştirak etmək üçün Bişkekdə səfərdədir.
Türkiyə Prezidenti sammit çərçivəsində ikitərəfli görüşlərinə başlayıb. O, əvvəlcə qaldığı oteldə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirib.
Görüş zamanı iki ölkə arasında münasibətlər və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi bildirilir.
Aytən Yaşar/ Turkustan.az