Kiyevə yeni raket hücumu: 4 ölü, 13 yaralı


Kiyev bölgəsində sentyabrın 1-nə keçən gecə Rusiyanın raket hücumu nəticəsində 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

Turkustan.az xəbər verir ki, bu barədə Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, Boryspil şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Hücum nəticəsində Boryspildə 5 mərtəbəli yaşayış binası, mağaza, fərdi evlər, avtomobillər, müəssisə və yanacaqdoldurma məntəqəsinin binası zədələnib.

Obuxiv rayonunda da dağıntı və ziyan qeydə alınıb. Burada 1 nəfər yaralanıb, 11 fərdi ev, anbar və yanacaqdoldurma məntəqəsi zərər görüb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ