"Səngərdən keçən şanlı ömürlər-Qubalı qəhrəmanların Vətən savaşı" adlı kitab çapdan çıxıb


Qarabağ və Vətən müharibələrində iştirak edib igidliklə döyüşərək şəhid və qazi olan 252 nəfər Qubalıdan bəhs edən, 50 şəhid və 42 qazi haqqında fərqli müəlliflərin yazılarının, 64 bənd şeirinin daxil edildiyi 272 səhifəlik "Səngərdən keçən şanlı ömürlər-Qubalı qəhrəmanların Vətən savaşı" adlı toplu kitab yenicə çapdan çıxmışdır.

Toplu kitabı çapa hazırlayan əsas müəllif şair, publisist Cabir Alpoğlu Albantürk, Ön söz müəllifi professor Ələskər Ələskərli (Ali Asker), Məsləhətçi Qarabağ ordenli polkovnik Əlişan Həsənov, Rəyçi Əməkdar jurnalist Əntiqə Qonaq, redaktoru veteran zabit, tədqiqatçı yazar Kərim Dünyamalıdır. Nəşrin əsas sponsorları sənətşünaslıq doktoru Mahirə Qayıbova, iş adamı Sədad Ələskərovdur.

Kitabda düzülüş ardıcıllığı təltif və rütbələr əsas alınaraq siralanır


MANŞET XƏBƏRLƏRİ