Meksikanın Sakatekas ştatında polis bölməsinə partlayıcı maddələrlə yüklənmiş nəqliyyat vasitəsi ilə hücum edilib.
Turkustan.az xəbər verir ki, partlayış nəticəsində 10 nəfər yaralanıb, onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
Sakatekas Dövlət Prokurorluğu Ojokaliente Polis İdarəsinin yaxınlığında güclü partlayış baş verdiyini açıqlayıb.
Baş prokuror Kristian Pol Kamaço “Grupo Formula” radiostansiyasına açıqlamasında hücumun bazar günü gecə cinayətkar təşkilat üzvləri tərəfindən həyata keçirildiyini bildirib.
O qeyd edib ki, hücum edənlər polis qərargahına silahlı hücumla yanaşı, partlayıcı maddələrdən də istifadə ediblər.
Hadisə ilə bağlı araşdırma aparılır.
Aytən Yaşar/ Turkustan.az