Məşhur türkiyəli komediya aktyoru Cem Yılmaz Çanaqqalada istirahət zamanı səhhəti pisləşərək xəstəxanaya yerləşdirilib.
Türkiyə mediasının məlumatına görə, sinə ağrısı şikayəti olan Yılmaza Ayvacık Dövlət Xəstəxanasında ilkin tibbi yardım göstərilib.
Onun ürək spazmı keçirdiyi bildirilib.
Vəziyyəti nəzarət altında olan Cem Yılmaz daha ətraflı müayinə və müalicə üçün Çanaqqala Onsekiz Mart Universitetinin Tibb Fakültəsinin xəstəxanasına sövq edilib.
Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu aktyor və komediyaçı Cem Yılmazın səhhəti ilə bağlı məlumat paylaşıb.
Nazir bildirib ki, Yılmazın səhhətində yaranan problemlə əlaqədar zəruri tibbi müdaxilələr uğurla həyata keçirilib.
Onun ümumi vəziyyətinin yaxşı olduğu, müalicə və müşahidəsinin ürək-damar reanimasiyası şöbəsində davam etdiyi qeyd olunub.