ABŞ 200 min əcnəbinin vizasını ləğv etməyə hazırlaşır


ABŞ administrasiyasının daha əvvəl sığınacaq üçün müraciət etmiş və ya hazırda sığınacaq prosesi davam edən təxminən 200 min əcnəbinin iş və turizm vizalarını ləğv etməyə hazırlaşdığı bildirilir.

Turkustan.az xəbər verir ki, Associated Press (AP) tərəfindən əldə edilən ABŞ Dövlət Departamentinin sənədlərinə və məsələ ilə tanış iki rəsminin açıqlamalarına görə, Vaşinqton bəzi B1 və B2 kateqoriyalı vizaların ləğvini nəzərdən keçirir.

Məlumata əsasən, söhbət 2016-2026-cı illər arasında sığınacaq üçün müraciət etmiş və ya hazırda müraciət prosesində olan şəxslərə verilmiş təxminən 200 min iş və turizm vizasından gedir.

Səlahiyyətlilər bildiriblər ki, vizaları ləğv ediləcək şəxslər avtomatik olaraq deportasiya olunmayacaq. Hazırda sığınacaq müraciətlərinə baxılmasını gözləyən şəxslərin əksəriyyətinin statusunun yenidən müəyyənləşdiriləcəyi, lakin onların iş və ya turizm məqsədilə ABŞ-a səfər etmək imkanlarını itirəcəkləri qeyd olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ