Qızılın qiyməti son ayların rekordunu yenilədi


Dünya bazarında qızılın qiyməti sürətlə bahalaşaraq bir troya unsiyası üçün 4 750 dollar həddini keçib.

Turkustan.az xəbər verir ki, “Comex” birjasında dekabrda çatdırılma ilə qızıl fyuçerslərinin qiyməti 1,51 faiz artaraq 4 751,5 dollara yüksəlib.

Daha sonra qiymət artımı sürətlənib. Nəticədə qızılın bir troya unsiyasının qiyməti 1,56 faiz bahalaşaraq 4 753,7 dollara çatıb.

Qeyd edək ki, son günlər qızıl bazarında güclü artım müşahidə olunur. Avqustun 24-də “Comex” qızıl fyuçersləri 4 640,8 dollardan bağlanıb və ardıcıl dördüncü sessiyada bahalaşıb. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ