22 Avqust 2026-cı il tarixində "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai Birliyi tərəfindən Sumqayıt şəhərində “Nəfəs 360" – Kistoz Fibrozla Mübarizədə Birlik, Dəstək və Ümid Dairəsi” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim keçirilib.
QHT.az xəbər verir ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Tədbir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra eşitmə və nitq məhdudiyyətli şəxslərin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Təlimin açılışında layihə rəhbəri Səadət Bayramova çıxış edərək iştirakçıları salamlayıb və tədbiri açıq elan edib. O, “Nəfəs 360” layihəsinin məqsəd və vəzifələri, Kistoz fibrozla bağlı maarifləndirmənin əhəmiyyəti, pasiyentlərin və ailələrin üzləşdiyi problemlər, eləcə də təşkilatın bu layihə çərçivəsində Ağstafa və Cəlilabad şəhərində həyata keçirdiyi təlimlər və əvvəlki illərdə də reallaşdırdığı layihələr barədə təqdimat edərək geniş məlumat verib.
Daha sonra layihənin təlimçisi, həkim Mətanət Qaraxanova çıxış edərək kistoz fibroz xəstəliyi, onun əsas xüsusiyyətləri, pasiyentlərin ehtiyacları, erkən diaqnostikanın və düzgün müalicənin əhəmiyyəti, eləcə də cəmiyyətin bu xəstəlik barədə məlumatlılığının artırılmasının vacibliyi haqqında iştirakçılara ətraflı təqdimat edərək məlumat verib.
Təlimin son 30 dəqiqəsi interaktiv formatda keçirilib.İstirakcilar əsasən həkimlər ,tibb bacıları ,xəstə baxıciları , vətəndaş cəmiyyəti nümayəndələri,pasiyent ailələrindən ibarət olub.Sual-cavab sessiyasında iştirakçılar fəal iştirak ediblər.Layihə rəhbəri Səadət Bayramova və təlimçi Mətanət Qaraxanova iştirakçıların suallarını ətraflı cavablandırıblar.
Sumqayıtda keçirilən bu təlim bir daha göstərdi ki, Kistoz fibrozla mübarizədə yalnız tibbi yanaşma deyil, maarifləndirmə, ailələrin dəstəklənməsi, təhsil və ictimaiyyətin məlumatlandırılması, pasiyentlərin cəmiyyətə inteqrasiyası və birlikdə hərəkət etmək də böyük əhəmiyyət daşıyır.
“Nəfəs 360” layihəsinin əsas məqsədi də Kistoz fibrozla yaşayan insanların daha sağlam və keyfiyyətli həyatına töhfə verməkdir.






