Rusiya Prezidenti Vladimir Putin sahibləri strateji obyekt hesab edilən mülklərini Ukrayna dronlarından qoruya bilmədiyi təqdirdə onlara xarici idarəetməni tətbiq etmək hüquqi verən fərman imzalayıb.
Turkustan.az xəbər verir ki, buraya elektrik stansiyaları, xüsusən də nüvə elektrik stansiyaları, fabriklər və sənaye obyektləri, rabitə qüllələri, su və istilik sistemləri, yollar və hava limanları, anbarlar və logistika mərkəzləri, eləcə də təhlükə ehtiva edən sənaye sahələri aiddir.
"Kritik infrastruktur" siyahısında Rusiya Federasiyasının təhlükəsizliyi və iqtisadi sabitliyi üçün xüsusi əhəmiyyət kəsb edən kateqoriya - "digər obyektlər" də yaradılıb. Bu formul, faktiki olaraq, hakimiyyət orqanlarına yeni mexanizmə uyğun müəssisələrin çeşidini özbaşına genişləndirmək azadlığı verir.
Sənəddə bir detal konkret olaraq qeyd olunur: artıq müsadirə edilmiş əmlakın istismar xərcləri ondan əldə edilən mənfəət hesabına ödəniləcək. Başqa sözlə, dövlət tam özünü təmin edən aktiv əldə edir.
İddialara görə, bu qərar Rusiyada şəxsi biznes üzərində mülkiyyət hüququni ciddi şəkildə məhdudlaşdıracaq. /axar.az/