NATO tarixində bir ilk!: Türkiyə bunu tələb etdi


NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin istəyinə uyğun olaraq, öz müavini general Tom Qofusu NATO tarixində ilk “Terrorla Mübarizə üzrə Xüsusi Koordinator” təyin edib.

Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında Yens Stoltenberq bildirib ki, terrorizm birbaşa Alyansa yönəlmiş əsas asimmetrik təhdidlərdən biri olmaqda davam edir.

NATO baş katibinin müavini Tom Qofusu Terrorla Mübarizə üzrə Xüsusi Koordinator vəzifəsinə təyin etdiyini bildirən Stoltenberq deyib: “Tom Qoffus NATO-nun terrora cavabının güclü, təsirli və harmonik olmasını təmin edəcək.

NATO Baş Katibinin “Terrorla Mübarizə üzrə Xüsusi Koordinatoru” olan Qoffus 2022-ci ilin yanvar ayından NATO tərəfdaşlarının müdafiə qabiliyyətinin gücləndirilməsi, Alyans ərazilərinin müdafiəsinin hazırlanması və böhranlara cavab tədbirləri üzrə NATO Baş katibinin müavini vəzifəsində çalışır.

ABŞ Hərbi Hava Qüvvələrində general rütbəsinə qədər yüksələn Qoffus NATO-dakı vəzifəsindən əvvəl ABŞ Senatında və Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2022-ci ilin iyulunda Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitində NATO-nun baş katibinin “Terrorla Mübarizə üzrə Xüsusi Koordinator” postunun yaradılacağı açıqlanıb.

NATO-nun baş katibi Stoltenberq Vilnüsdəki zirvə toplantısında verdiyi açıqlamada, "Terrorla Mübarizə Xüsusi Koordinatoru terrorla mübarizə səylərimizi gücləndirəcək. Bu, Türkiyənin istəyi idi" dedi. dedi.

Stoltenberq terrorla mübarizənin NATO-nun yeni güc strukturunda da öz əksini tapdığını, DEAŞ kimi terror təşkilatları ilə terrorun bütün təzahür və formalarına qarşı mübarizə aparıldığını, Afrika və Yaxın Şərq ölkələri ilə əməkdaşlıq edildiyini, xüsusi koordinatorun bütün bu səyləri əlaqələndirmək vəzifəsi olacaq.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ