Azərbaycan sərhədində yarımçıq qalan hasar: İrəvanda nə baş verir?


Ermənistan-Azərbaycan sərhədində aparılan delimitasiya prosesindən sonra diqqət çəkən bir detal yenidən gündəmə gəlib.

Turkustan.az Musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın Tavuş vilayətinin Nerkin Voskepar kəndi yaxınlığında, 2024-cü ildə həyata keçirilən delimitasiyadan sonra tikilməyə başlanılan sərhəd hasarı hələ də tam başa çatdırılmayıb.

Ermənistan Milli Təhlükəsizlik Xidməti açıqlamasında bildirib ki, Nerkin Voskepar sərhəd sahəsində göstərilən koordinatlar üzrə tikanlı məftilli maneələrin quraşdırılması istiqamətində müvafiq işlər davam etdirilir.

cb272774-3930-43f2-a993-2144e73bc836.jpg (219 KB)

Yayılan xəritədə Bağanis və Voskepar kəndləri arasındakı hasar xətti qırmızı rənglə göstərilib. Narıncı rənglə işarələnən bir neçə yüz metrlik hissədə isə hasarın tikintisinin hələ başa çatmadığı görünür.

Təhlükəsizlik qurumu işlərin niyə bu qədər ləng getdiyinə dair hər hansı açıqlama verməyib.


MANŞET XƏBƏRLƏRİ