Əfqanıstan hökuməti Pakistanın Əfqanıstana endirdiyi hava hücumlarında 13 nəfərin öldüyünü, 14 nəfərin isə yaralandığını bildirib.
Turkustan.az xəbər verir ki, Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid sosial media paylaşımında Pakistan ordusunun gecə ərzində ölkəni hədəf aldığını bildirib. Mücahid deyib: "Pakistan ordusu bir daha Əfqanıstan hava məkanını pozaraq Kunar, Xost və Paktika əyalətlərində mülki evləri bombalayıb. Bu hücumlar nəticəsində 11 uşaq, 1 qadın və 1 yaşlı kişi həyatını itirib, 14 qadın və uşaq isə yaralanıb. Bu qeyri-insani cinayəti və təcavüz aktını qətiyyətlə pisləyirik".
Nə Pakistan ordusu, nə də hökumət hələlik açıqlama verməyib. Lakin Reuters xəbər agentliyinə danışan təhlükəsizlik rəsmiləri İslamabadın "yaraqlıların Pakistana qarşı istifadə etdiyi sığınacaqlara və digər obyektlərə" hava hücumları həyata keçirdiyini bildiriblər.
Aytən Yaşar/ Turkustan.az