Türkiyə XİN-dən Netanyahuya: “Yalanlarla məsuliyyətdən yayınmaq olmaz"


Türkiyə Xarici İşlər Nazirliyi bildirib ki, “soyqırım üzrə mütəxəssis Netanyahunun həqiqəti ört-basdır etmək üçün istifadə etdiyi yalanlar onun törətdiyi ağır cinayətlərə görə məsuliyyətini gizlədə bilməz”.

Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyi İsraili Baş nazir Benyamin Netanyahunun Prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan açıqlamalarına görə tənqid edən bəyanat yayıb.

Yazılı açıqlamada qeyd olunub:

“Prezidentimizə qarşı əsassız, təxribatçı və həqiqətə uyğun olmayan ittihamlar Netanyahu və onun əlaltılarının beynəlxalq ictimaiyyəti çaşdırmaq cəhdindən başqa bir şey deyil.

Özünü soyqırım üzrə ekspert adlandıran Netanyahu həqiqəti ört-basdır etmək üçün istifadə etdiyi yalanlarla törətdiyi ağır cinayətlərə görə məsuliyyətini gizlədə bilmir.

Türkiyə olaraq Netanyahu və onun əməkdaşları ilə bağlı həqiqətləri ən aydın şəkildə ifadə etməyə davam edəcəyik.”

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ