İsrail dövlət televiziyası KAN-ın məlumatına görə, Səudiyyə Ərəbistanı İsrailin Livandakı hücumlarından narazılığını diplomatik kanallar vasitəsilə ABŞ Prezidenti Donald Tramp administrasiyasına çatdıraraq etiraz notası təqdim edib.
Turkustan.az xəbər verir ki, hesabatda bildirilir ki, Ər-Riyad İsrailin Livandakı hərbi əməliyyatlarını “xaotik və planlaşdırılmamış” hesab edir və Tel-Əvivin hücumları idarə etmək üçün aydın strategiyasının olmadığını düşünür.
Səudiyyə Ərəbistanının həmçinin İsrailin Baş naziri Benyamin Netanyahunun Livanda əməliyyatları genişləndirmək cəhdlərinin Körfəzdə gərginliyi artırmaq və ABŞ ilə İran arasında yaxınlaşmanı pozmaq məqsədi daşıdığından şübhələndiyi iddia olunur.
Bildirilib ki, Livandakı vəziyyətin nəzarətdən çıxmasından narahat olan Ər-Riyad son vaxtlar Livan Parlamentinin sədri Nəbih Berri ilə təmaslarını da gücləndirib.
Aytən Yaşar/ Turkustan.az