Rusiyada miqrantlarla bağlı yeni rüsum qərarı qəbul edilib.
Turkustan.az xəbər verir ki, Rusiya Dövlət Duması miqrantlar üçün Rusiya vətəndaşlığının rəsmiləşdirilməsinə görə dövlət rüsumunun 12 dəfə artırılmasını nəzərdə tutan qanunu qəbul edib.
Yeni qaydaya əsasən, vətəndaşlığın rəsmiləşdirilməsi üçün rüsum 4,2 min rubldan (təxminən 89 manat) 50 min rubla (təxminən 1 060 manat) qaldırılır.
Müvəqqəti yaşama icazəsi üçün rüsum 15 min rubl (təxminən 318 manat), yaşayış icazəsi üçün isə 30 min rubl (təxminən 636 manat) olacaq.
Bundan başqa, əcnəbilərə iş icazəsi verilməsi üçün dövlət rüsumu bir nəfərə görə 15 min rubl (təxminən 318 manat) təşkil edəcək. /Musavat.com/