Zəngəzur dəhlizi mövzusu Paşinyanın “ev tapşırığı”dır - AÇIQLAMA


“Zəngəzur dəhlizi mövzusu və Nikol Paşinyanın Vaşinqton qarşısındakı öhdəlikləri onun “ev tapşırığı”dır. Tramp administrasiyası qonşumuzla siyasətini məhz buna əsasən quracaq”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Sabiq nazir qeyd edib ki, ABŞ-nin Dövlət katibi Marko Rubionun Ermənistana, Zvartnotsa səfəri seçkiqabağı rəngarəng hadisələr fonunda ən diqqətçəkən hadisələrdən biri idi:

“Ermənistannın Baş naziri Nikol Paşinyanın və Fransa Prezidenti Emmanurl Makronun siyasi “rəqsləri” təcili və birmənalı bir mesajın ötürülməsini zəruri etdi. Həmin mesajlarda qeyd olunurdu ki, TRIPP Tramp üçün bir imic layihəsidir və onun uzadılması qəbuledilməzdir. Makronun Ermənistandakı xəyali imperiya ambisiyaları yersizdir. Kremlin layihəyə soxulmaq və öz sərhədçiləri ilə təhlükəsizlik sisteminin bir hissəsinə çevrilmək cəhdləri İrəvanda, Tehranda və ya Moskvada deyil, Vaşinqtonda müzakirə oluna bilər və olunmalıdır”.

Tofiq Zülfüqarov: Makronun Ermənistandakı xəyali imperiya ambisiyaları yersizdir

T.Zülfüqarov hesab edir ki, ABŞ-nin İranla sərhəddə hərbi mövcudluğu yaradılacaq. Dediyinə görə, bu şərtlər Paşinyan tərəfindən, yaxud baş nazir vaxt uzatmağa davam edəcəyi təqdirdə, onu əvəzləyəcək şəxs tərəfindən yerinə yetiriləcək.

“Zəngəzur dəhlizi mövzusu təkcə Ermənistana deyil, həm də onun aşkar və gizli dostlarına qarşı bir təzyiq sisteminə çevrilir”, - deyə Tofiq Zülfüqavov əlavə edib.


MANŞET XƏBƏRLƏRİ