Açıq səma altında nümayiş olunan rəsm əsərləri əks rənglərin bir-birinə uyuşması ilə diqqəti cəlb edirdi.
Gənc rəssam ilə həmsöhbət olduğum zaman onun əsərlərinin hansı janrda olduğunu soruşdum. Əsasən natürmort janrında işləyən Çimnaz yaratdığı əsərlərin əksəriyyətində qadın obrazını canlandırıb. Onun gözündə qadın — güc, "olmazları" dəf edən varlıqdır. O, akademik təhsil almayıb. Öz təxəyyülünün məhsulunu kətan üzərinə köçürüb. Hələ o, yolun başlanğıcındadır. Uzun bir yol qətt edəcək. Humanitar biliklərə üstünlük verən gənc rəssamımızın əsas məqsədi ali məktəbə qəbul olduqdan sonra da sevdiyi peşə ilə məşğul olmaq və üzərində daha çox işləməkdir. Müəlliməsi Anjela Pirverdiyeva da şagirdinin fikirlərini dəstəkləyərək onun çalışqan və məsuliyyətli olduğunu vurğuladı.
Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi MİHİ-nin direktoru Qərib Umudov tərəfindən Çimnaz Fərəcovaya Fəxri Fərman hədiyyə olundu. Gənc istedadların axtarılması və üzə çıxarılmasında əməyi olan Könül Ramazanovaya təşəkkür bildirildi.
Daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin Xudat bölməsinin şagirdlərinin ifasında rəqslər tamaşaçıların zövqünü oxşadı.
GÜLXAR Rəhimli,
AJB-nin üzvü.
Xudat.








