Fransa ilə Kipr Rum Administrasiyası arasında hərbi razılaşma imzalandı


Fransanın adada hərbi mövcudluğunu genişləndirməsinə hüquqi zəmin yaradan Qüvvələrin Statusu Sazişi (SOFA) Fransa ilə Kipr Respublikasının hökuməti arasında Nikosiyada imzalanıb.

Turkustan.az xəbər verir ki, saziş Fransaya müəyyən şərtlər daxilində Kiprdə hərbi qüvvə və obyektlər yerləşdirmək imkanı versə də, bu addım Şimali Kipr Türk Respublikası (ŞKTR) tərəfindən sərt tənqidlə qarşılanıb.

İki ay əvvəl Kipr Prezidenti Nikos Christodoulides və Fransa Prezidenti Emmanuel Macron strateji əməkdaşlıq çərçivəsində SOFA sazişinin əldə olunduğunu açıqlamışdılar. Sənəd Fransa tərəfindən müdafiə naziri Sébastien Lecornu, Kipr tərəfindən isə müdafiə naziri Vasilis Palmas tərəfindən imzalanıb.

Saziş Fransanın Kiprdə daimi hərbi mövcudluq saxlamasına imkan yaradır. Məlumatlara görə, Paris uzun müddətdir Şərqi Aralıq dənizi bölgəsində hərbi iştirakını gücləndirməyə çalışır. Bu çərçivədə Fransanın Mari Naval Base hərbi limanından və Andreas Papandreou Air Base hərbi bazasından istifadə etməyi planlaşdırdığı bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ