Məktəblərə telefon gətirilməsi qadağan edildi – RƏSMİ


“İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi məktəbəqədər və ümumi təhsil müəssisələrində təxminən 1 milyon 500 min uşağı əhatə edir”.

Turkustan.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən ictimai müzakirədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.

O qeyd edib ki, layihə ümumilikdə müsbət qiymətləndirilir:

“Yeni tədris ilindən şagird davranış qaydaları ilə bağlı dəyişikliklər də təsdiqlənib. Bu ildən məktəblərdə mobil telefonların gətirilməsi və istifadəsi qadağan olunub. Bununla bağlı nəzarət mexanizmlərinin tətbiqinə də başlanılıb"./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ