Hörmüz boğazında patrul xidməti həyata keçirən ABŞ ordusuna məxsus Apaçi helikopterinin vurulduğu iddiasından sonra Yaxın Şərqdə gərginlik yenidən artıb.
Turkustan.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Prezident Donald Trampın göstərişi ilə İrana qarşı cavab xarakterli əməliyyatlara başladığını açıqlayıb. Hücumlardan sonra Oval Ofisdə jurnalistlərin suallarını cavablandıran Tramp əməliyyatların davam edə biləcəyinə işarə edərək bildirib:
“Bu gün də İrana çox ağır zərbələr endirəcəyik. İran müqaviləni indi imzalamalıdır”.
Mətbuat konfransı zamanı Tramp Türkiyə və Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı suala da münasibət bildirib.
İsrailli jurnalist Trampa, “Prezident Ərdoğan İsraili təhdid etməyə davam edir. Sizcə, İsrail ilə Türkiyə arasında münaqişə ehtimalı varmı? Həmçinin, Türkiyəyə F-35 qırıcıları satılacaqmı?” sualını ünvanlayıb.
Tramp cavabında Prezident Ərdoğan barədə müsbət fikirlər səsləndirib və onunla dostluq münasibətlərinə diqqət çəkib.
Aytən Yaşar/ Turkustan.az