ABŞ-dən İrana son xəbərdarlıq: Razılaşma olmasa, bütün hərbi gücümüzlə hücum edəcəyik


İran ağlabatan müddətdə ABŞ ilə razılığa gələ bilməsə, Amerika Silahlı Qüvvələri bütün gücünü səfərbər edəcək.

Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.

“Əgər İran ağlabatan müddətdə razılaşmaya gəlməsə, Prezident Donald Tramp İranı razılaşma əldə edəcəyi hala gətirmək üçün bütün inanılmaz hərbi gücdən istifadə edəcək”, - diplomat vurğulayıb.

Uitaker əlavə edib ki, Amerika lideri İran məsələsində bütün kartları əlində saxlayır, bu prosesdə öz mülahizəsinə uyğun oynamağa davam edəcək./teleqraf


MANŞET XƏBƏRLƏRİ