“Nə müharibə, nə də sülh” vəziyyəti ilə bağlı məsələ həll olunmalıdır.
Turkustan.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Bir milləti hava qüvvələri və bombardmanlarla təslim olmağa məcbur etmək mümkün deyil. Kiçik ərazisinə baxmayaraq, Qəzza üç il ərzində təslim olmağa məcbur edilməyib.
Onlar İranı da təslim olmağa məcbur edə bilməyəcəklər və biz isə qətiyyən təslim olmayacağıq. Şəhidlik böyük şərəfdir, amma düşmənin komandirlərimizi bu qədər asanlıqla öldürməsi qəbuledilməzdir”, - o əlavə edib./axar.az