Danışıqlar aparan ABŞ və İran arasında yenidən müharibə başlayıb.
Turkustan.az xəbər verir ki, İranın Hörmüz boğazında ABŞ helikopterlərini vurmasından sonra cavab hücumu həyata keçirən ABŞ yeni hücuma hazırlaşır.
Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Tramp, İrana yenidən zərbə endirəcəklərini açıqladı. İranın müqaviləni imzalamadığını və gecikdirdiyini iddia edən Tramp, "Bu gün İrana yenidən çox sərt zərbə endirəcəyik. İranın müqaviləni indi imzalaması lazımdır" dedi.
Tramp dedi: "Və görək razılaşma ilə nə baş verəcək. Biz razılaşmaya çox yaxın idik - amma onlar bizi dayandırmağa davam edirlər. Onlar bizimlə axmaq kimi davranmağa davam edirlər, çünki bilirsiniz nə? Onlar bəzi həqiqətən axmaq prezidentlərlə iş görüblər."
Aytən Yaşar/ Turkustan.az