Bakıda binadan yıxılaraq ölən gəncin tanınmış vəkilin oğlu olduğu məlum olub.
Turkustan.az "Unikal"a istinadən xəbər verir ki, Cavid Ağazadə Vəkillər Kollegiyasının üzvü Qabil Ağayevin oğludur.
***
Bakıda faciəli hadisə baş verib.
Hadisə Xətai rayonu, İ.İsmayılov küçəsi 52-də qeydə alınıb.
Bakı şəhər sakini, 19 yaşlı Cavid Qabil oğlu Ağazadə həmin ünvanda yerləşən 9 mərtəbəli binanın sonuncu mərtəbəsindən yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.