Rusiyada daha bir neft emalı zavodu VURULDU


Rusiyanın atəşkəs elanından sonra Ukrayna Yaroslavl vilayətindəki neft emalı zavoduna PUA zərbələri endirib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, zərbələrdən sonra “Slavneft-YANOS” neft emalı zavodunda güclü yanğınlar baş verib.

Qeyd edək ki, bu zavod aprelin sonunda da hücuma məruz qalmışdı. /konkret.az/


MANŞET XƏBƏRLƏRİ