Paşinyanın təbliğatı: İndi də Tağıyevdən oğurladılar - Video


Bu gün Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərinin təbliğat kampaniyası başlayıb.

Turkustan.az xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan da vəzifə səlahiyyətlərinin icrasını dayandırıb və təbliğata qoşulub.

Onun bir müddət öncə, regionlara baş nazir kimi səfər edib, xalqla görüşlər keçirməsi və dolayı təbliğat apardığını əks etdirən görüntülər isə bu gün yenidən sosial şəbəkələrdə paylaşılıb. Videoda Nikol Paşinyanın təbliğat avtobusunda komandası ilə əyləndiyi və rəqs etdikləri mahnını həm də oxuduqları əks olunub.

İfa olunan mahnı isə Ələkbər Tağıyevin Hafiz Baxışın sözlərinə yazdığı məşhur “Eşqimi ölməyə qoymaram” musiqisidir. Bu mahnının ilk ifaçılarından biri Məmmədbağır Bağırzadə olub. Ancaq mahnı daha çox Nisə Qasımovanın ifasında yaddaşlara köçüb.

Ermənilərin ənənəvi oğurluqlarının daha bir bariz nümunəsi: bu “millət”in bütün tarixi, kilsəsini, musiqisi, mətbəxi, torpağı, qurduqları dövlət yalnız və yalnız Azərbaycan xalqından oğurladıqlarından ibarətdir.

Bu oğru ənənəsini isə həyasızcasına bu gün də davam etdirirlər, hətta bəstəkar mahnılarını da oğurlamaqdan utanmırlar./axar.az


MANŞET XƏBƏRLƏRİ