ABŞ İranın neft tankerinə hücum etdiyi və İranın buna cavab olaraq Amerikanın hərbi gəmilərinə raket zərbələri endirdiyi məlum olub.
Turkustan.az xəbər verir ki, bu barədə IRIB agentliyi yüksəkrütbəli hərbi mənbəyə istinadla məlumat yayıb.
Agentlik bildirib ki, hücumu həyata keçirən ABŞ hərbi gəmiləri İranın raket atəşinə məruz qalıb və gəmilər itki verdikdən sonra geri çəkilməyə məcbur olublar.
Digər tərəfdən, “Tasnim” agentliyi İran Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazı yaxınlığında üç ABŞ esminesinə hücum etdiyini bildirib.
Agentlik qeyd edib ki, esmineslərə raketlər və kamikaze dronları hücum edib. Onlara dəyən ziyan barədə məlumat verilməyib.
ABŞ prezidenti Donald Tramp isə Hörmüz boğazındakı Amerika esmineslərinin İranın hücumu nəticəsində zərər görmədiyini və İranın dəniz blokadasına yenidən qoşulacağını bildirib. /Yeniavaz.com/