Xankəndidən yayılan xəbər mübahisə doğurdu: Ermənilər Bakıdan icazə alıb?


Son günlər Xankəndidəki tikililərlə bağlı erməni mediasında növbəti iddialar səsləndirilir. Onlar Müqəddəs Məryəm Katedralının guya “vandalizmə” məruz qaldığını və pəncərələrinin sındırıldığını iddia edərək məsələni beynəlxalq müstəviyə çıxarmağa çalışırlar.

Ermənilər niyə bu cür yalana əl atır?

Globalinfo.az-a danışan deputat Aydın Hüseynov deyib ki, erməni vandalları Azərbaycanın mədəni-tarixi irsini Qərbi Azərbaycan ərazisində tamamilə məhv edib demək olar:

“Eyni zamanda, 30 il müddətində işğal altında saxladıqları ərazilərimizdə mədəni-tarixi abidələrimiz dağıdılıb, şəhər və kəndlərimiz yerlə-yeksan edilib. O cümlədən, məscidlərimiz dağıdılıb və təhqir olunub. Bu, açıq vandalizm nümunəsidir. Azərbaycan isə tarixi abidələrə hörmətlə yanaşır, mədəni irsə ehtiramını qoruyur. Bu günə qədər ölkənin mərkəzində erməni kilsəsi sağlam şəkildə saxlanılır. Yəni Azərbaycan hər zaman tarixi bərpa edir”.

16561593446258860892 1200x630
Aydın Hüseynov

Deputat qeyd edib ki, Xankəndi artıq Azərbaycanın böyük şəhərlərindən birinə çevrilir, orada Qarabağ Universiteti fəaliyyət göstərir və geniş infrastruktur formalaşır:

“Bu baxımdan şəhərin ümumi simasına və infrastrukturuna xələl gətirən, kommunikasiya xətlərinə mane olan tikililər yenilənməli və bərpa olunmalıdır. Azərbaycan öz tarixini qorumaqla yanaşı, müasir şəhərsalma prinsiplərini tətbiq edir. Füzuli və Ağdamda ən müasir şəhərsalma elementləri həyata keçirilir, ərazilər yaşıl zonaya çevrilir. Eyni proses Xankəndidə də aparılır. Buna görə də uyğunsuz və məntiqsiz tikililər sökülərək yenilənməlidir”.

Siyasi şərhçi Azər Həsrət bildirib ki, ermənilərin Azərbaycan ərazilərini işğal etdikdən sonra orada mədəni və dini abidə adı ilə tikdikləri bütün obyektlər qanunsuzdur:

“Çünki Azərbaycan ərazisində hər hansı tikinti aparmaq üçün dövlətin icazəsi tələb olunur və onlar bu tələbi yerinə yetirməyiblər. Lakin Azərbaycan dini abidələrə, məbədlərə hər zaman ermənilərdən fərqli olaraq hörmətlə yanaşıb. Onlar isə əksinə, bu məsələdə hər dəfə vandalizmdən istifadə ediblər.

resize
Azər Həsrət

Azərbaycanın atdığı addımlar heç bir halda dinə və ya kilsəyə qarşı yönəlməyib. Erməni vandalları 30 il ərzində torpaqlarımızı viran qoyub, Azərbaycan isə hazırda onların bərpası ilə məşğuldur”.


MANŞET XƏBƏRLƏRİ