Şok hesabat: İran aylarla blokadaya tab gətirə bilər


ABŞ kəşfiyyat agentliyi olan Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ABŞ və İsrailin İranla başladığı müharibə ilə bağlı diqqətçəkən hesabat yayıb.

Turkustan.az xəbər verir ki, Washington Post qəzetinin məlumatına görə, hesabatda İranın Hörmüz boğazının bağlanması və ABŞ-ın tətbiq etdiyi mümkün dəniz blokadasına aylarla davam gətirə biləcəyi qeyd olunur. Bundan əlavə, sənəddə İranın raket potensialının mühüm hissəsini hələ də qoruyub saxladığı bildirilir.

ABŞ və İsrailin İrana hücumu ilə başlayan müharibədə İranın strateji əhəmiyyət daşıyan Hörmüz boğazını bağlama ehtimalı qarşıdurmanın qlobal təsirləri baxımından əsas amillərdən biri hesab olunur.

ABŞ prezidenti Donald Trump sülh razılaşması çərçivəsində Hörmüz boğazının qısa müddətdə yenidən açılmasını istəsə də, Vaşinqton İranı buna məcbur etmək üçün dəniz blokadası variantını nəzərdən keçirir.

Lakin MKİ-nin hesabatına əsasən, İran ciddi iqtisadi böhran yaşamadan ABŞ-ın mümkün dəniz blokadasına ən azı üç-dörd ay müqavimət göstərə bilər.

Hesabatda həmçinin vurğulanır ki, ABŞ və İsrailin həftələrlə davam edən intensiv bombardmanlarına baxmayaraq, Tehran ballistik raket imkanlarının əhəmiyyətli hissəsini qoruyub saxlaya bilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ