Azərbaycanda “Ana və uşaq sağlamlığının qorunması” layihəsinə start verildi


“Qadın Hüquqlarının Himayə Mərkəzi” İctimai Birliyi Ana və Uşaq Sağlamlığının qorunması” adlı layihənin icrasına başlayıb. Layhə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir. Layihə fəaliyyəti çərçivəsində Ana və uşaq sağlamlığı ilə bağlı real vəziyyət öyrəniləcək, bu sahədə hökümətin qəbul etdiyi qərar və aktlar, habelə qanunvericilk səviyyəsində qəbul edilmiş qanunlar təhlil edilərək ümumiləşdiriliəcək və hazırlanmış sənəd əsasında layihə fəaliyyətində nəzərdə tutulmuş seminarlarda iştirakçılar üçün maarifləndirici təqdimatlar hazırlanacaq.
Daha sonra ilk olaraq fəaliyyət planınına uyğun olaraq may ayının 26-da Biləsuvar və Cəlilabad rayonlarında,sonra isə iyun ayının 22 və 23-də İmişli, Saatlı və Sabirabad rayonlarında seminarlar təşkil ediləcək. Seminarlarda seçilmiş regionlarda fəaliyyət göstərən Pernital mərkəz,xəstəxana, qadın məsləhətxana əməkdaşları, gənc qadınlar, bu sahəyə yaxın QHT təmsilçilərinin iştirakı planlaşdırılır.


MANŞET XƏBƏRLƏRİ