Tramp: İranla razılaşma istənilən vaxt baş verə bilər


ABŞ prezidenti Donald Tramp İranla mümkün razılaşmanın yaxın ola biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, İranla razılaşmanın qaçılmaz olub-olmadığı ilə bağlı sualı cavablandıran Tramp deyib:

“Bu, istənilən an baş verə bilər. Bəlkə də baş verməyəcək, amma hər an baş verə bilər. Məncə, onlar bu razılaşmanı məndən daha çox istəyirlər”.

Tramp bu açıqlamaları Vaşinqton abidəsinin yaxınlığında aparılan təmir işləri ilə tanış olduqdan sonra jurnalistlərə verib.

ABŞ prezidenti qeyd edib ki, Vaşinqton və Tehran arasında artan gərginliyə baxmayaraq, tərəflər arasında danışıqlar davam edir. Onun sözlərinə görə, ABŞ ordusunun İranın iki obyektinə endirdiyi hava zərbələrindən sonra da diplomatik təmaslar dayanmayıb.

Tramp həmçinin vurğulayıb ki, İranla mümkün razılaşma ilə bağlı proses hələ yekunlaşmasa da, istənilən anda nəticə əldə oluna bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ