İrandan ŞOK AÇIQLAMA: “Ocean Koi” adlı neft tankerini ələ keçirdik


İrannın dövlət mediası Barbados bayrağı altında üzən “Ocean Koi” adlı neft tankerinin İran qüvvələri tərəfindən ələ keçirildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bəyanatda bildirilib ki, tanker İran nefti daşıyırdı və “regional şəraitdən sui-istifadə edərək neft ixracına zərər vurmağa və prosesi pozmağa çalışırdı”.

Dövlət mediasının məlumatına görə, Barbados bayrağı altında üzən tanker İranın cənub sahillərinə istiqamətləndirilib və daha sonra məhkəmə orqanlarına təhvil verilib.

Məlumata əsasən, insident Hörmüz boğazında ABŞ və İran qüvvələri arasında baş verən qarşıdurmadan sonra qeydə alınıb. Boğaz Oman körfəzi ilə İran körfəzini birləşdirən strateji dəniz marşrutu hesab olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ