Abbas Araqçi bildirib ki, diplomatik həll imkanlarının yarandığı anda ABŞ “mənasız hərbi əməliyyatlara” başlayır.
Turkustan.az xəbər verir ki, həmçinin İranın raket potensialı ilə bağlı yayılan məlumatlara münasibət bildirərək deyib:
“Raket potensialımızın 75 faizini saxladığımız barədə xəbərlər doğru deyil. Hazırda potensialımız 120 faizdir.”
İranın xarici işlər naziri ABŞ ilə davam edən qarşıdurma və danışıqlar prosesi barədə sərt açıqlamalar verib.
Atəşkəs rejiminin pozulmasından sonra ABŞ və İran arasında baş verən bir gecəlik qarşıdurmaya toxunan Arakçi bildirib:
“Diplomatik həll yolu masada göründüyü anda ABŞ düşünülməmiş hərbi macəraya başlayır.”
Arakçi mətbuata sızdırıldığı iddia edilən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) hesabatına da münasibət bildirib. Həmin hesabatda qeyd olunurdu ki, İran 28 fevralda başlayan müharibədən sonra ABŞ və İsrailin intensiv bombardmanlarına baxmayaraq raket ehtiyatının 75 faizini qoruyub saxlayıb.
İranlı nazir isə bu məlumatı təkzib edərək bildirib:
“75 faiz deyil, hazırkı raket potensialımız 120 faizdir.”
Arakçi əlavə edib ki, İran heç vaxt təzyiq qarşısında geri çəkilməyəcək və öz müdafiə imkanlarını qorumaqda davam edəcək.
Aytən Yaşar/ Turkustan.az