Yadplanetliləri ABŞ hökuməti gizlədir? – Obama sirləri açdı


ABŞ-ın sabiq prezidenti Barak Obama yadplanetlilərin mövcudluğu ilə bağlı səslənən iddialara münasibət bildirib.

Turkustan.az xəbər verir ki, CBS telekanalının “The Late Show” proqramında aparıcının suallarını cavablandıran Obama daha əvvəl səsləndirdiyi “yadplanetlilər realdır” fikrinə aydınlıq gətirib.

Sabiq prezident dediklərinin yanlış anlaşıldığını bildirib. Obama qeyd edib ki, ABŞ hökumətinin belə böyük sirri gizli saxlaması mümkün olmazdı:

“Prezident olanda anlayırsan ki, hökumət sirr saxlamağı o qədər də yaxşı bacarmır. Əgər həqiqətən yadplanetlilər və ya onların kosmik gəmiləri ABŞ hökumətinin nəzarətində olsaydı, əminəm ki, həmin obyekti qoruyanlardan biri yadplanetli ilə selfi çəkib sevgilisinə göndərərdi”, – Obama vurğulayıb. /Globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ