Moldova parlamentində rəsmi iclaslarda rus dilinin istifadəsinə məhdudiyyət tətbiq edilib.
Turkustan.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” məlumat yayıb.
“Qərara əsasən, bundan sonra ölkənin ali qanunverici orqanında əsas iş dili yalnız rumın dili olacaq. Lakin dəyişiklik ölkədə siyasi gərginliyə səbəb olub və rusdilli müxalifət nümayəndələri qərardan narazılıq ifadə ediblər.
Müzakirələr zamanı parlamentdə qalmaqal yaşanıb, bəzi deputatlar etiraz aksiyası keçirərək zalı tərk ediblər.
Hadisə Moldova siyasi mühitində yeni qarşıdurma dalğası kimi qiymətləndirilir”, – qeyd edilib./Globalinfo.az