Azərbaycanla sülh müqaviləsi hazırkı formada imzalana bilməz.
Turkustan.az xəbər verir ki, bunu 8 mayda, seçki kampaniyasının ilk günündə "Parlaq Ermənistan" partiyasının lideri Edmon Marukyan bildirib.
Siyasətçi xatırladıb ki, Azərbaycan hələ də Ermənistanın ərazi bütövlüyünü kvadrat kilometrlərlə tanımayıb və sülh müqaviləsində ən azı xəritə olmalıdır.
“Hakimiyyət orqanlarımız Almatı Bəyannaməsinə uyğun olaraq ərazini qarşılıqlı olaraq tanıdıqlarını deyəndə hamımızı aldadırlar. Bəyannamədə xəritələr yoxdur, bu, sadəcə bəzi prinsiplərdir. Müqaviləyə xəritə əlavə olunmalıdır. O, mövcud olana qədər heç kimin onu imzalamaq hüququ yoxdur”, - deyə Marukyan bildirib./publika.az