2026-cı ildə dünyada havanın temperaturu kəskin dəyişə bilər. Güclü istilər, quraqlıq, sel və fırtınaların artacağıq ehtimal edilir.
Turkustan.az xəbər verir ki, bu barədə ABŞ-nin Milli Okean və Atmosfer İdarəsi, eləcə də Beynəlxalq Rəqəmsal Hava Proqnozu Agentliyi hesabat yayıb.
Hesabatda bildirlir ki, Sakit okeanda suyun temperaturu sürətlə artır. Bu isə “El Nino” deyilən iqlim hadisəsinin yaranmasına zəmin hazırlayır.
“El Nino” okeanın ekvator hissəsində suyun normadan çox isinməsi ilə yaranır.
Hesabatda bildirlir ki, payızda temperatur normadan 3 dərəcə yüksək ola bilər. Bu baş versə, “super El Nino” yaranacaq.
Bu isə son 140 ilin ən güclü istiləri deməkdir.
Hadisənin ABŞ, Asiya və Yaxın Şərqdə hava şəraitinə ciddi təsir edəcəyi gözlənilir. Bəzi yerlərdə sel, bəzi yerlərdə isə uzunmüddətli quraqlıq ola bilər.
“Super El Nino”nun ən güclü dövrünün 2027-ci ilə düşəcəyi ehtimal olunur. /BakuPost/