Bu pulu tapıb gətirənə 1,5 milyon manat verirlər


ABŞ-də İkinci Dünya Müharibəsi dövründə baş verən istehsal səhvi illər sonra bəzi köhnə qəpikləri kiçik sərvətə çevirib.

Turkustan.az xarici mediaya istinadən xəbər verir ki, 1943-cü ildə nadir şəkildə hazırlanan mis sentlər hazırda kolleksiyaçılar tərəfindən yüz minlərlə dollara alınır.

Məlumata görə, həmin dövrdə ABŞ-də müharibə səbəbindən misə böyük ehtiyac yaranıb və qəpiklərin istehsalında poladdan istifadə edilməyə başlanıb. Lakin zavodda təsadüfən az sayda mis blank qaldığı üçün bəzi sentlər səhvən misdən hazırlanıb.

Hazırda dünyada bu qəpiklərdən təxminən 20 ədəd qaldığı ehtimal olunur. “Lincoln Wheat Cent” adlı belə qəpiklərdən biri 2021-ci ildə keçirilən hərracda 840 min dollara – təxminən 1 milyon 428 min manata satılıb.

Mütəxəssislər bildirirlər ki, orijinal qəpiyi müəyyən etmək üçün maqnit testi və çəki yoxlaması aparılır. Əsl mis sent maqnitə yapışmır və adi polad sentdən daha ağır olur./Musavat.com


MANŞET XƏBƏRLƏRİ