Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 2018-ci ildə ölkənin suveren dövlət kimi mövcud olmamasını nəzərdə tutan ssenari mövcud idi.
Turkustan.az xəbər verir ki, Paşinyan bu barədə çıxışı zamanı danışıb.
O, qeyd edib ki, həmin dövrdə Ermənistanın müstəqil qərar vermək imkanları ciddi şəkildə məhdudlaşdırılmalı idi.
“Ən yaxşı halda Ermənistan müxtəlif yerlərdən nəfəs almağa icazə istəyən dövlətə çevrilməli idi”, – deyə baş nazir vurğulayıb.
Paşinyan əlavə edib ki, ölkənin suverenliyinin qorunması Ermənistan üçün əsas prioritet məsələlərdən biri olaraq qalır. /konkret.az/