Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkəni hədəf alan raket və dron hücumlarına cavab olaraq hava hücumundan müdafiə sistemlərinin işə salındığını və müdaxilə edildiyini açıqladı.
Turkustan.az xəbər verir ki, BƏƏ Müdafiə Nazirliyi X sosial media platformasındakı hesabında bu barədə məlumat verib.
Bəyanatda ölkədə eşidilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin müdaxiləsi ilə əlaqəli olduğu bildirilərək, "Hava hücumundan müdafiə sistemlərimiz raketlərə və PUA-lara qarşı aktiv şəkildə müdaxilə edir" deyilir.
Aytən Yaşar/ Turkustan.az