Yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Parlamentdə açıqlayıb.
"Yeni konstitusiyanın mətnini yaxın aylarda dərc edəcəyik və dediyim kimi, yeni konstitusiyada 1990-cı il İstiqlal Bəyannaməsinə istinad edilməməlidir. Qarabağ hərəkatını davam etdirməmək, ona son qoymaq qərarını elan etdik və xalq bu qərarı təsdiqlədi.
Yeni konstitusiyanın qəbul edilməsi gündəliyi sırf Ermənistan gündəliyidir. Ermənistan vətəndaşları Konstitusiya Məhkəməsinin lehinə səs verərək, həmin gündəliyin lehinə də səs veriblər", - deyə o qeyd edib./Unikal/