Onlar açıq şəkildə deyirlər ki, “oturmalıyam” - Köçəryan həbs olunacaq?


Hazırkı hökumət mənim həbsimi tələb edərək hüquq-mühafizə orqanlarına və məhkəməyə açıq şəkildə təzyiq göstərir.

Turkustan.az xəbər verir ki, bunu 1 mart işi üzrə keçirilən növbəti dinləmədə Ermənistanın ikinci prezidenti Robert Köçəryan bildirib.

"Əvvəllər təlimatlar SMS vasitəsilə verilirdisə, indi açıq şəkildə mənim oturmalı olduğumu bildirirlər. Bütün bunlar açıq-aydın siyasi sifarişdir", - deyə Köçəryan bildirib.

Keçmiş prezident həmçinin ona qarşı irəli sürülən ittihamların mahiyyətini hələ də anlamadığını bildirib. O, 2008-ci il hadisələri zamanı yalnız səlahiyyətləri daxilində hərəkət etdiyini, o cümlədən ordunun yüksək komandanlığı ilə görüşlər keçirdiyini iddia edib.

Məlum olduğu kimi, keçmiş prezidentə qarşı irəli sürülən ittihamlardan birinin mahiyyəti onun etirazların yatırılmasına ordunu cəlb etməsi ilə bağlıdır.

"1 Mart" işi 2008-ci il hadisələri ilə bağlıdır. Həmin il prezident seçkilərindən sonra rəsmi səsvermə nəticələrinə etiraz edən Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın tərəfdarları kütləvi etiraz aksiyalarına başladılar. Nümayişçilər və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda on nəfər həlak oldu./publika.az


MANŞET XƏBƏRLƏRİ